...

Bakıda asfalt çəkilişi ilə bağlı bəzi küçələrdə hərəkət məhdudlaşdırılır

Cəmiyyət Materials 25 Mart 2014 15:17 (UTC +04:00)
Bakıda yolun asfalt örtüyünün yenilənməsi ilə bağlı bəzi küçələrdə hərəkət məhdudlaşdırılır.
Bakıda asfalt çəkilişi ilə bağlı bəzi küçələrdə hərəkət məhdudlaşdırılır

Azərbaycan, Bakı, 25 mart /Trend, müxbir İ.İzzət/

Bakıda yolun asfalt örtüyünün yenilənməsi ilə bağlı bəzi küçələrdə hərəkət məhdudlaşdırılır. Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin (DİN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov bildirib.

Bölmə rəisinin sözlərinə görə, paytaxtın S.Vurğun küçəsi ilə M.Mirqasımov küçəsi kəsişməsindən Vaqif küçəsi istiqamətində, eləcə də A.Bakıxanov küçəsində C.Məmmədquluzadə küçəsi ilə kəsişmədən S.Əsgərova küçəsi ilə kəsişməyədək asfalt örtüyünün yenilənməsi ilə əlaqədar olaraq nəqliyyat vasitələrinin hərəkəti birtərəfli qaydada məhdudlaşdırılıb.

V.Əsədov bildirib ki, sakinlər və avtomobil sürücüləri bunu nəzərə almalı, diqqətli olmalı, yol hərəkəti qaydalarına əməl etməlidirlər, həmin ərazilərdən keçərkən çalışmalıdırlar ki, yolda sıxlıq yaranmasın.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti