...

Sumqayıtda polis bölmələrindəki nöqsanlarla bağlı DİN-ə müraciət olunacaq

Cəmiyyət Materials 3 Aprel 2014 16:09 (UTC +04:00)
Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri tərəfindən Sumqayıt Şəhər Polis İdarəsinin (ŞPİ) müvəqqəti saxlama yerinə (MSY), həmin idarənin 1, 2 və 3-cü polis bölmələrinə, Abşeron Rayon Polis Şöbəsinin MSY-nə başçəkmələr həyata keçirilib.
Sumqayıtda polis bölmələrindəki nöqsanlarla bağlı DİN-ə müraciət olunacaq

Azərbaycan, Bakı, 3 aprel /Trend, müxbir İ.İzzət/

Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri tərəfindən Sumqayıt Şəhər Polis İdarəsinin (ŞPİ) müvəqqəti saxlama yerinə (MSY), həmin idarənin 1, 2 və 3-cü polis bölmələrinə, Abşeron Rayon Polis Şöbəsinin MSY-nə başçəkmələr həyata keçirilib.

Ombudsman Aparatının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, başçəkmələrdə məqsəd saxlanılan şəxslərlə rəftar, saxlanılma şəraiti, əvvəlki başçəkmələr zamanı verilmiş tövsiyələrin icrası vəziyyətinin öyrənilməsi olub. Qrupun üzvləri başçəkmələr zamanı adıçəkilən müəssisələrdə saxlanılan şəxslərin saxlanılma şəraitini öyrənib, onların şəxsi işlərinə və saxlanılanların qeydiyyatı kitablarına baxış keçiriblər.

Qəbul olunmuş şəxslər müəssisə əməkdaşlarının onlara qarşı rəftarı və saxlanılma şəraiti ilə bağlı şikayət etməyiblər. Adı çəkilən MSY-lər standartlara cavab versə də, Sumqayıt ŞPİ-nin 1-ci və 3-cü polis bölmələrində sənədləşmədə aşkarlanmış nöqsanlarla bağlı Daxili İşlər Nazirliyinə müraciət olunacaq.

Baxış keçirilmiş müəssisələrin rəhbərliyinə saxlanma şəraitinin daha da təkmilləşdirilməsi ilə əlaqədar tövsiyələr verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti