Azərbaycan, Bakı, 8 aprel /Trend, müxbir İ.İzzət/
Bakıda nəqliyyat vasitələrinin sıx və intensiv hərəkət etidyi mərkəzi yollardan birində hərəkət məhdudlaşdırılacaq.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Trend-ə verilən məlumata əsasən, yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsi məqsədilə bu gün saat 22:00-dan etibarən Bakının Səbail rayonu Neftçilər prospekti və Azneft dairəsində nəqliyyat vasitələrinin hərəkəti hissə-hissə, qismən məhdudlaşdırılacaq.
Hərəkətin məhdudlaşdırılması yolun yalnız 2 zolağı üzrə olacaq.