...

Bakının bir neçə mərkəzi küçəsində hərəkət məhdudlaşdırılacaq

Cəmiyyət Materials 22 Aprel 2014 10:34 (UTC +04:00)
Bakının bir neçə mərkəzi küçəsində hərəkət məhdudlaşdırılacaq. Bu barədə Trend-ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev deyib.
Bakının bir neçə mərkəzi küçəsində hərəkət məhdudlaşdırılacaq

Azərbaycan, Bakı, 22 aprel /Trend, müxbir İ.İzzət/

Bakının bir neçə mərkəzi küçəsində hərəkət məhdudlaşdırılacaq. Bu barədə Trend-ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev deyib.

Onun sözlərinə görə, bu gün səhər saat 11:00-dan etibarən, Mikayıl Useynov küçəsində, Azneft dairəsi ilə Dövlət Bayrağı meydanı istiqamətində yolun hərəkət hissəsinin üfüqi nişanlanması işləri aparılacaq. Bayraq meydanından Azneft dairəsi istiqamətində isə xətlənmə işləri hava şəraiti normal olarsa, sabah - aprelin 23-də həyata keçiriləcək: "Bununla əlaqədar yolda nəqliyyatın hərəkətı bu gün Bayraq meydanı istiqamətində, sabah isə əks istiqamətdə məhdudlaşdırılacaq".

P.Mürsəliyev qeyd edib ki, bu gün axşam həmçinin saat 22:00-dan etibarən Keykab Səfərəliyeva və Dilarə Əliyeva küçələrində də analoji işlərin aparılmasına başlanacaq: "Bununla bağlı Keykab Səfərəliyeva küçəsində hərəkət tam, Dilarə Əliyeva küçəsində qismən məhdudlaşdırılacaq. İşlərin bu gecə başa çatdırılması planlaşdırılır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti