...

Səhiyyə Nazirliyi: Azərbaycanda qeysər əməliyyatı olunan gənc ana bədbəxt hadisə nəticəsində dünyasını dəyişib

Cəmiyyət Materials 23 Aprel 2014 12:13 (UTC +04:00)
Azərbaycanın Ucar rayonunda qeysər kəsiyi əməliyyatı olunaraq yeni uşaq dünyaya gətirmiş gənc ana bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.
Səhiyyə Nazirliyi: Azərbaycanda qeysər əməliyyatı olunan gənc ana bədbəxt hadisə nəticəsində dünyasını dəyişib

Azərbaycan, Bakı, 23 aprel /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanın Ucar rayonunda qeysər kəsiyi əməliyyatı olunaraq yeni uşaq dünyaya gətirmiş gənc ana bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli Trend-ə bildirib ki, Zərdab rayon sakini, 1994-cü il təvəllüdlü Sayad Abdulrəhmanova aprelin 21-də Ucar Rayon Mərkəzi Xəstəxanasına doğuş üçün daxil olub. Həmin gün onun üzərində qeysər kəsiyi əməliyyatı aparılıb. Əməliyyat normal keçib və sağlam uşaq dünyaya gəlib. Lakin aprelin 22-də səhər saatlarında ana palatada gəzmək istədiyini deyib. S.Abdulrəhmanova carpayıdan ayağa qalxıb bir az gəzmək istəsə də, özünü yaxşı hiss etmədəyini söyləyərək yenidən carpayıda əyləşib. Elə bu zaman da o, carpayıdan üzü üztə yerə yıxılıb. Kəllə-beyin travması alan xəstənin beyninə qan sızıb. Xəstə üçün təcili reanimasiya tədbirləri görülsə də, onu xilas etmək mümkün olmayıb.

A.Qədirli deyib ki, Sayad Abdulrəhmanovanın ölümü doğuş nəticəsində baş verən ana ölümü sayılmır. O, bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

Nazirlik rəsmisi əlavə edib ki, Hazırda hadisəni istintaq orqanları araşdırır. Bu hadisənin baş verməsində tibbi personalın günahının olub-olmamasını da istiqanttaq orqanları müəyyən edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti