...

Ombudsmanın nümayəndələri Bakı İstintaq Təcridxanasında NİDA-nın üzvləri ilə görüşüblər

Cəmiyyət Materials 23 Aprel 2014 18:04 (UTC +04:00)
Milli Preventiv Qrupun üzvləri Bakı İstintaq Təcridxanasında NİDA-nın üzvləri ilə görüşüblər.
Ombudsmanın nümayəndələri Bakı İstintaq Təcridxanasında NİDA-nın üzvləri ilə görüşüblər

Azərbaycan, Bakı, 23 aprel /Trend, müxbir İ.İzzət/

Milli Preventiv Qrupun üzvləri Bakı İstintaq Təcridxanasında NİDA-nın üzvləri ilə görüşüblər.

Ombudsman Aparatının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında (BİT) saxlanılan NİDA Vətəndaş Hərəkatının üzvləri ilə görüşüblər. Görüşdə MPQ-nin həkim üzvü də iştirak edib.

Həmin şəxslərlə konfidensial qaydada söhbət zamanı onlar saxlanılma şəraitindən və müəssisə əməkdaşlarının rəftarından şikayət etməyib, səhhətlərində hər hansı bir pozuntu aşkar olunmayıb.

Eyni zamanda, həmin şəxslər 17 aprel 2014-cü il tarixdən aclıq aksiyası keçirdiklərini bildirsələr də, bu barədə yazılı qaydada BİT-in rəhbərliyinə müraciət etməyiblər.

Habelə müəyyən edilib ki, adıçəkilən şəxslər əvvəlki kamera yoldaşları ilə bir yerdə saxlanılır, müəssisə həkimi tərəfindən bir neçə dəfə müayinə olunublar.

MPQ-nin həkim üzvü həmin şəxslərin bəzilərini maraqlandıran sualları cavablandırıb. Eyni zamanda, müəssisə həkiminə onların vəziyyətini nəzarətdə saxlaması tapşırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti