...

Derek Hoqan: ABŞ səfirliyi Leyla və Arif Yunusovların ölkədən çıxmasına kömək etmək niyyətində olmayıb

Cəmiyyət Materials 1 May 2014 14:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 may /Trend, müxbir E.Əliyev/

ABŞ-ın Azərbaycandakı səfirliyinin nümayəndələrinin Leyla və Arif Yunusovlarla görüşməsinin məqsədi onlara harasa getməkdə kömək etmək olmayıb. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Derek Hoqan bildirib.

O, qeyd edib: "Biz artıq bununla bağlı bəyanat vermişik. Səfirliyin nümayəndələri Leyla Yunus və onun əri ilə onların təşəbbüsü ilə görüşüb; biz onlarla bir neçə ildir əməkdaşlıq edirik".

D.Hoqan əlavə edib ki, səfirlik daim dövlət strukturları və vətəndaş cəmiyyətinin nümayəndələrindən görüşlər barədə daxil olan sorğulara müsbət cavab verir.

Amerikalı diplomat deyib ki, onlarla baş tutan görüşün məqsədi ər və arvada hər hansı istiqamətdə yerləşdirilmələri ilə bağlı hansısa yardımın göstərilməsi olmayıb.

Bir müddət əvvəl Baş Prokurorluqdan bildirilib ki, Ağır Cinayətlərə dair işlər üzrə İstintaq İdarəsi Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunusu və Arif Yunusu şahid qismində dindirilməyə çağırıb.

Qeyd edək ki, hüquq müdafiəçisi L.Yunus və həyat yoldaşı Arif Yunus aprelin 28-də istintaqdan yayınmaq üçün ölkəni tərk edərkən saxlanılıblar. Bu cəhdin qarşısı alınıb. Bakının Yasamal məhkəməsinin qərarı ilə L.Yunusun şəxsi əşyalarına baxış zamanı aşkar olunan sənədlərdən dəlil-sübut kimi istifadə olunacaq.

Leyla və Arif Yunusovların mənzillərində və iş yerlərində axtarış aparılıb.

L.Yunus şahid qismində dindirilib, A.Yunus isə səhhətinin pisləşməsi ilə əlaqədar xəstəxanaya yerləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti