...

Endirimli mal alarkən diqqətli olun

Cəmiyyət Materials 1 May 2014 16:48 (UTC +04:00)
Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, belə ki, mağazanın ön pəncərəsində “Endirim 70%-ə qədər” məzmunlu reklam yerləşdirilsə də, satışda olan malların qiymətinə endirim tətbiq edilmədiyi aşkar olunub.
Endirimli mal alarkən diqqətli olun

Azərbaycan, Bakı, 1 may /Trend/

İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 41/47 ünvanında fəaliyyət göstərən fiziki şəxs Məmmədov Azər Ağakişi oğluna məxsus mağazada aparılan yoxlama zamanı qeyri-dəqiq reklamdan istifadə edilməklə istehlakçıların aldadılması halları müəyyənləşdirilib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, belə ki, mağazanın ön pəncərəsində "Endirim 70%-ə qədər" məzmunlu reklam yerləşdirilsə də, satışda olan malların qiymətinə endirim tətbiq edilmədiyi aşkar olunub.

Bundan başqa, qeyd olunan reklamların aidiyyəti strukturlardan icazə alınmadan yayımlandığı da müəyyən edilib.

Bununla əlaqədar, Dövlət Xidməti tərəfindən görülmüş tədbirlər nəticəsində qanunsuz reklamların yayımı dayandırılıb.

Qanun pozuntusuna yol vermiş Azər Məmmədov barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görüləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti