...

"Azərbaycan və Əhli-beyt irsi kitabı çap olunub (FOTO)

Cəmiyyət Materials 2 May 2014 16:29 (UTC +04:00)
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə "Azərbaycan və Əhli-beyt irsi" adlı kitab işıq üzü görüb.
"Azərbaycan və Əhli-beyt irsi kitabı çap olunub (FOTO)

Azərbaycan, Bakı, 2 may /Trend, müxbir İ.İzzət/

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə "Azərbaycan və Əhli-beyt irsi" adlı kitab işıq üzü görüb.

DQİDK-nın mətbuat xidmətindən Trend-ə bildiriblər ki, nəfis tərtibatla "Elm və təhsil" nəşriyyatında işıq üzü görən və ön sözü Dövlət Komitəsinin sədri Elşad İskəndərov tərəfindən yazılan əsər akademik Vasim Məmmədəliyevin ümumi redaktəsi ilə çap olunub. Kitabın elmi rəyçisi AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, professor Teymur Kərimlidir.

Əsərdə Azərbaycanın sosial və mədəni həyatının Əhli-beyt irsi ilə bağlı yönlərini tədqiq edən məqalələr öz əksini tapıb. Azərbaycanda Əhli-beyt mənsublarının adları ilə bağlı ziyarətgahlar, ədəbiyyatımızda Əhli-beyt irsinin, ölkəmizdəki birgəyaşayış ənənəsinin və dinlərarası tolerantlıq mühitinin formalaşmasında Əhli-beytə olan sevginin, Əhli-beyt irsinin qorunmasında Azərbaycan xalqının rolu və digər mövzularda ölkəmizdəki ilahiyyat sahəsindəki aparıcı mütəxəsislər tərəfindən qələmə alınmış sanballı məqalələr yer alıb. Kitabda ölkəmizdəki Əhli-beyt irsinin faktiki izləri və dövlətin dinə olan qayğı və dəstəyinin bariz nümunələrindən ibarət fotoşəkillər ayrıca maraq mövzusudur.

Kitabda Əhli-beyt irsinin ölkəmizdəki izləri hesab olunan və ümummilli lider Heydər Əliyevin milli-mənəvi dəyərlərimizə və bu dəyərlərin ayrılmaz bir hissəsi olan Əhli-beyt irsinə göstərdiyi qayğının nümunəsi kimi dövlət tərəfindən əsaslı təmir və bərpa olunan Bibiheybət məscid-ziyarətgah kompleksi, həmçinin bu ənənənin layiqli davamçısı olan Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Gəncə İmamzadə ziyarətgah-komplekslərinin əsaslı təmiri, eləcə də bu mühüm dini-tarixi abidələr haqqında ətraflı məlumat verilib.

Azərbaycanın milli-mənəvi dəyərlərinin tədqiqi sahəsində yazılmış nadir əsərlərdən olan "Azərbaycan və Əhli-beyt irsi" kitabının əsas məqsədi azərbaycanlıların milli kimliyinin formalaşmasında, ölkəmizin dini, ədəbi və sosial həyatında tarixən bu irsin oynadığı rolu üzə çıxarmaqdır.

Əsər milli-mənəvi dəyərlərimizin tədqiqi, ənənəvi dini dəyərlərimiz barəsində cəmiyyətin maarifləndirilməsi sahəsində yeni araşdırmaların aparılması üçün sanballı material hesab edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti