...

Bakının daha bir küçəsində hərəkət məhdudlaşdırılır

Cəmiyyət Materials 12 May 2014 11:15 (UTC +04:00)
Bakının Əhməd Rəcəbli küçəsində nəqliyyat vasitələrinin hərəkəti hissə-hissə məhdudlaşdırılacaq.
Bakının daha bir küçəsində hərəkət məhdudlaşdırılır

Azərbaycan, Bakı, 12 may /Trend, müxbir İ.İzzət/

Bakının Əhməd Rəcəbli küçəsində nəqliyyat vasitələrinin hərəkəti hissə-hissə məhdudlaşdırılacaq.

Trend xəbər verir ki, "Azəryolservis" ASC-dən Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə (NİİM) verilən məlumata görə, yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsi məqsədilə bu gün saat 11:00-dan etibarən Əhməd Rəcəbli küçəsində nəqliyyat vasitələrinin hərəkəti hissə-hissə məhdudlaşdırılacaq.

Sürücülərə alternativ olaraq Atatürk prospekti və Aşıq Molla Cümə küçələrindən istifadə etmələri tövsiyə olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti