...

İstehlakçıların aldadılması hallarının qarşısı alınıb

Cəmiyyət Materials 13 May 2014 10:16 (UTC +04:00)
Bununla əlaqədar, Dövlət Xidməti tərəfindən görülmüş tədbirlər nəticəsində qanunsuz reklamların yayımı dayandırılıb.
İstehlakçıların aldadılması hallarının qarşısı alınıb

Azərbaycan, Bakı, 13 may /Trend/

İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Mustafa Kamal Atatürk, ev 33 ünvanında fiziki şəxs Musayev Ziya Hüseyn oğluna məxsus mağazada aparılan yoxlama zamanı qeyri-dəqiq reklamdan istifadə edilməklə istehlakçıların aldadılması halları müəyyənləşdirilib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, mağazanın vitrin pəncərəsində "80% endirim" məzmunlu reklamlar yerləşdirilsə də, mağazada satışda olan bütün malların qiymətinə endirim tətbiq edilmədiyi müəyyən olunub. Bundan başqa, qeyd olunan reklamların aidiyyəti strukturlardan icazə alınmadan yayımlandığı da aşkar edilib.

Bununla əlaqədar, Dövlət Xidməti tərəfindən görülmüş tədbirlər nəticəsində qanunsuz reklamların yayımı dayandırılıb.

Qanun pozuntusuna yol vermiş Ziya Musayev barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti