...

Azərbaycan Səhiyyə Nazirliyi Kardiologiya İnstitutundakı qətl hadisəsinin təfərrüatlarını açıqladı

Cəmiyyət Materials 16 May 2014 16:08 (UTC +04:00)
Azərbaycan Səhiyyə Nazirliyi Elmi Tədqiqat Kardiologiya İnstitutunda baş vermiş qətl hadisəsinin təfərrüatlarını açıqlayıb.
Azərbaycan Səhiyyə Nazirliyi Kardiologiya İnstitutundakı qətl hadisəsinin təfərrüatlarını açıqladı

Azərbaycan, Bakı, 16 may /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Səhiyyə Nazirliyi Elmi Tədqiqat Kardiologiya İnstitutunda baş vermiş qətl hadisəsinin təfərrüatlarını açıqlayıb.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Anar Qədirli Trend-ə bildirib ki, hadisə dünən gecə saat 12 radələrində baş verib. Qətl hadisəsi təcili yardım birqadası tərəfindən instituta gətirilmiş 1946-cı il təvəllüdlü Cəlilov Hüseynağa tərəfindən törədilib. Həyatının 40 ilini həbsxanada keçirən keçmiş məhkum onunla eyni palatada yatan digər pasiyentlə-1952-cı il təvəllüdlü Mail Hüseynovla müşabihə edib. Mübahisə keçmiş məhkumun siqaret çəkməsinə görə yaranıb.

M.Hüseynovun etirazlarına baxmayaraq, palatada siqaret çəkəcəyini bildirən H.Cəlilov bıcaqla həmin xəstəni vurub. Zərbə M.Hüseynovun ürək nahiyəsinə düşdüyündən o, elə hadisə yerində dünyasını dəyişib. H.Cəlilov hüquq-mühafizə orqanının işçiləri tərəfindən saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti