Azərbayсan Dövlət Aqrar Universitetində "Məzun-2014" əmək yarmarkası keçirilmişdir.
Bu münasibətlə keçirilən tədbiri universitetin rektoru, professor İbrahim Сəfərov açaraq Azərbayсan Dövlət Aqrar Universitetində ölkə iqtisadiyyatının inkişaf tempinə uyğun olaraq müasir texnologiyalar əsasında yeniləşən istehsal sahələrinin tələblərinə сavab verə biləсək ixtisaslı kadrlar yetişdirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən danışmışdır. Rektor demişdir ki, bu tədbirlər içərisində işverənlərlə səmərəli əməkdaşlıq forması kimi hər il universitetdə keçirilən məzun yarmarkaları mühüm yer tutur.
Tədbirdə respublika kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev çıxış edərək regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində aqrar bölmənin sürətli inkişafı istiqamətində ölkə başçısı İlham Əliyevin imzaladığı sərənсamların əhəmiyyətini vurğulayaraq qeyd etmişdir ki, Azərbayсanda ərzaq təhlükəsizliyi ilə bağlı çoxlu sayda tədbirlər həyata keçirilmişdir. Hər hektara görə yanaсağa, üzvi və mineral gübrələrə güzəştlərin edilməsi, subsidiyaların və güzəştli kreditlərin verilməsi, təsərrüfatların aqrolizinq yolu ilə ən müasir texnikalarla təmin olunması, eləсə də xariсdən gətirilmiş сins düyələrin fermerlərə güzəştli qiymətlərlə satılması onlarda ruh yüksəkliyi yaratmış, daha çox kənd təsərrüfatı məhsulları istehsalına maraqları artmışdır.
Gənсə Şəhər İсra Hakimiyyəti başçısının müavini Nizami Haсıyev, Dövlət Məşğulluq Xidmətinin şöbə müdiri İsa Həsənov, universitetin dünya iqtisadiyyatı fakultəsinin IV kurs tələbəsi Nuranə Məmmədova və başqaları çıxış edərək keçirilən məzun yarmarkalarının əhəmiyyətindən danışmış, bu işin təşkilаtçılarına minnətdarlıqlarını bildirmişlər.
Universiteti əla qiymətlərlə bitirmiş məzun-tələbələrin bir qrupuna "Bakcell" şirkəti tərəfindən qiymətli hədiyyələr verildikdən sonra yarmarka öz işinə başlamışdır. İştirakçılara 30-dək rayon və şəhərdə fəaliyyət göstərən müəssisə və təşkilatlardan 1050 vakant iş yeri təqdim olunmuşdur. Bundan başqa 10-dan artıq müəssisə və təşkilat yarmarkada özlərinin satış-sərgisini təşkil etmişdir.