...

Azərbaycanda bir neçə rayona təbii qazın verilməsinə məhdudiyyət qoyulacaq

Cəmiyyət Materials 20 May 2014 12:07 (UTC +04:00)
Azərbaycanda bir neçə rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
Azərbaycanda bir neçə rayona təbii qazın verilməsinə məhdudiyyət qoyulacaq

Azərbaycan, Bakı, 20 may /Trend, müxbir İ.İzzət/

Azərbaycanda bir neçə rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

"Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, qaz ölçü qovşaqlarında görülən işlərlə əlaqədar bu gün saat 12:00-dək Şəmkir rayonunun bir hissəsinə, saat 14:00-dək Şirvan və Göygöl rayonlarının bir hissəsinə, saat 16:00-dan 18:00-dək Goranboy rayonunun bir hissəsinə, saat 11:00-dan 13:00-dək Suraxanı rayonunun Hövsan qəsəbəsinə təbii qaz fasilələrlə veriləcək.

Eləcə də həyətyanı sahələrin qarşısından keçən qaz xətlərinin təhlükəsiz əraziyə köçürülməsi, qaz təchizatı şəbəkəsində şkaf tipli qaztənzimləyici qurğuların quraşdırılması ilə əlaqədar saat 18:00-dək Ağsu rayonunun bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti