...

Naxçıvanda Əlahiddə Ümumqoşun Ordu tabeliyində olan hərbi hissə və birləşmələrə yeni avtomobillər təqdim edilib (FOTO)

Cəmiyyət Materials 20 May 2014 14:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 may /Trend, müxbir İ.İzzət/

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Silahlı Qüvvələrin maddi-texniki bazasının yaxşılaşdırılması haqqında müvafiq tapşırıqlarına əsasən, Əlahiddə Ümumqoşun Ordu tabeliyində olan hərbi hissə və birləşmələrə yeni avtomobillər təqdim edilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, mayın 19-da texnikanın təqdim edilməsində iştirak edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov və Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov avtomobillərə baxıblar.

Yüksək texniki göstəricilərə malik 11 ədəd "Mitsubishi L-200", 2 ədəd "FİAT" markalı xidməti avtomobil, həmçinin şəxsi heyətə səhra şəraitində və döyüş əməliyyatları zamanı təxirəsalınmaz təcili tibbi yardım göstərilməsi üçün 2 ədəd "Ford" markalı səyyar tibbi yardım və 1 ədəd rentgen flüoqrafiya avtomobili hərbi hissələrə təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti