Azərbaycan, Bakı, 22 may /Trend, müxbir İ.İsabalayeva/
Azərbaycan Səhiyyə Nazirliyi 3 saylı şəhər Kilinik Xəstəxanasında Fəridə Məhərrəmovanın yeni doğulan körpəsinin ölümünün səbəbini açıqlayıb.
Nazirliyin mətbuat xidmətinin rəhbəri Anar Qədirli Trend-ə bildirib ki, uşağın anası hamiləlik zamanı ilandan qorxaraq güclü stress keçirib. Qadın bununla əlaqədar hətta nevropatoloq tərəfindən müalicə də edilib. Qadının stress keçirməsi onun bətnindəki uşağın qan-damar sisteminə də təsir göstərib.
Patologiya ilə doğulan uşaq reanimasiyaya yerləşdirilib. Lakin doğumunun 3-cü günündə uşaq dünyasını dəyişib.
A.Qədirli hadisə ilə əlaqədar uşağın ölümünün əvvəlcədən gözlənildiyini də söyləyib.