...

Səhiyyə Nazirliyi Qubada doğuş zamanı ana və uşaq ölümü ilə bağlı rəsmi məlumatını açıqlayıb

Cəmiyyət Materials 23 May 2014 16:28 (UTC +04:00)
Azərbaycan Səhiyyə Nazirliyi Quba Regional Perinatal Mərkəzində bu gün doğuş zamanı baş verən ana və uşaq ölümü ilə bağlı rəsmi məlumatını açıqlayıb.
Səhiyyə Nazirliyi Qubada doğuş zamanı ana və uşaq ölümü ilə bağlı rəsmi məlumatını açıqlayıb

Azərbaycan, Bakı, 23 may /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Səhiyyə Nazirliyi Quba Regional Perinatal Mərkəzində bu gün doğuş zamanı baş verən ana və uşaq ölümü ilə bağlı rəsmi məlumatını açıqlayıb.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Anar Qədirli Trend-ə bildirib ki, dünyasını dəyişən qadın 1993-cü il təvəllüdlü Mövsümova Qızxanımdır.

16 yaşında ailə həyatı quran Q.Mövsümova 5 il ərzində hamilə qala bilmədiyindən həm xarici ölkələrdə, həm də Azərbaycanda hormonal dərmanlarla müalicə olunub.

Q.Mövsümova bu il mayın 21-də hamiləliyinin 37-ci həftəsində Quba Regional Perinatal Mərkəzinə daxil olub. Xəstəxanaya daxil olarkən onun hamiləliyində artıq müəyyən problemlər yaranıb. Xəstənin üzərində spinal anesteziya proseduru həyata keçirildikdən sonra onun ürəyi dayanıb. Q.Mövsümovanın üzərində reanimasiya tədbirləri həyata keçirilsə də, nəticəsi olmayıb, ana və uşağı dünyasını dəyişib.

Hazırda xəstənin cəsədi üzərində tibbi ekspertiza aparılır. Ekspertizanın nəticələrindən asılı olaraq, ölümün baş verməsində həkim səhvinin olub-olmadığı da müəyyən ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti