...

Azərbaycanın orta məktəblərində "Son zəng" mərasimlərinin keçirilməsinə başlanılıb

Cəmiyyət Materials 30 May 2014 10:01 (UTC +04:00)
"Son zəng" mərasimləri 3 saat keçiriləcək və saat 13:00-da başa çatacaq.
Azərbaycanın orta məktəblərində "Son zəng" mərasimlərinin keçirilməsinə başlanılıb

Azərbaycan, Bakı, 30 may /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanın orta məktəblərində "Son zəng" mərasimlərinin keçirilməsinə başlanılıb.

Trend-in məlumatına görə, Azərbaycanda "Son zəng" mərasimləri hər il mayın 31-də keçirilib. Bu il mayın 31-i şənbə gününə düşdüyündən tədris həftəsi 5 günlük olan orta məktəblərdə "Son zəng" bu gün keçirilir. Tədris həftəsi 6 günlük olan orta məktəblərin şagirdlərinin "Son zəng"i isə sabah çalınacaq.

"Son zəng" mərasimləri 3 saat keçiriləcək və saat 13:00-da başa çatacaq.

Bu il ümumtəhsil məktəblərində "Son zəng" tədbiri Təhsil Nazirliyinin əvvəlki illərdə müəyyən etdiyi qaydada təşkil olunacaq.

Təhsil Nazirliyi "Son zəng"lə əlaqədar yerli təhsil orqanlarına, ümumtəhsil məktəblərinin rəhbərlərinə bəzi tövsiyələrini də verib.

Tövsiyələrdə bildirilib ki, "Son zəng" tədbiri bilavasitə təshil müəssisələrində keçirilməli, tədbirə ictimaiyyətin nümayəndələri dəvət olunmalı, təhlükəsizliklə bağlı lazımi işlər görülməlidir.

"Son zəng" tədbirinin tələb edilən səviyyədə təşkilinə bilavasitə ümumtəhsil məktəblərinin rəhbərləri cavabdehdirlər.

Qeyd edək ki, 2013-2014-cü tədris ilində ümumtəhsil məktəblərinin IX sinfini 118 206 nəfər, XI sinfini isə 86 797 nəfər şagird bitirir. Bu tədris ilində Azərbaycanda qiyabi (axşam) ümumtəhsil müəssisələrinin XII sinfini 754 nəfər şagird bitirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti