...

ƏƏSMN-in "Qaynar xətt"inə əlillik və reabilitasiya məsələləri ilə bağlı müraciətlər 3 dəfəyə yaxın azalıb

Cəmiyyət Materials 3 İyun 2014 10:42 (UTC +04:00)
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 -“Qaynar Xətt”inə əlillik və reabilitasiya məsələləri ilə bağlı müraciətlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin may ayı ərzində 3 dəfəyə yaxın azalaraq 35-ə enib.
ƏƏSMN-in "Qaynar xətt"inə əlillik və reabilitasiya məsələləri ilə bağlı müraciətlər 3 dəfəyə yaxın azalıb

Azərbaycan, Bakı, 3 iyun /Trend/

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 -"Qaynar Xətt"inə əlillik və reabilitasiya məsələləri ilə bağlı müraciətlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin may ayı ərzində 3 dəfəyə yaxın azalaraq 35-ə enib.

ƏƏSMN-dən Trend-ə verilən məlumata görə, nazirliyin digər fəaliyyət sahələri ilə bağlı müraciətlərin sayı da azalmaqda davam edib. Belə ki, bu ilin may ayında 142 -"Qaynar Xətt"ə ünvanlı dövlət sosial yardımı, sosial müavinət və sosial xidmət məsələləri üzrə 368 müraciət daxil olub ki, bu da müqayisə olunan dövrə nisbətən 34 faiz azdır. Həmçinin müraciətlərin sayı məşğulluqla bağlı 52,8 faiz azalaraq 17-yə, əmək hüquqlarının təminatı ilə əlaqədar 34,4 faiz azalaraq 21-ə düşüb.

Ümumilikdə "Qaynar Xətt"ə daxil olan müraciətlərin sayında 40 faizədək azalma özünü göstərib. Müraciətlərin əksər qismi son vaxtlarda nazirliyin fəaliyyət sahələrində aparılan islahat tədbirləri, habelə əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində görülən işlərlə əlaqədar sorğu xarakteri daşıyıb. Nazirliyin aidiyyatı struktur bölmələrinin mütəxəssisləri tərəfindən hər bir müraciət cavablandırılıb, həmçinin şikayət məzmunlu müraciətlərlə bağlı müvafiq tədbirlər görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti