...

"Türk Hava Yolları" Liviyanın Benqazi şəhərinə reysləri təxirə salıb

Cəmiyyət Materials 3 İyun 2014 16:09 (UTC +04:00)
"Türk Hava Yolları" aviaşirkəti Liviyanın Benqazi şəhərinə reysləri təxirə salıb.
"Türk Hava Yolları" Liviyanın Benqazi şəhərinə reysləri təxirə salıb

Azərbaycan, Bakı, 3 iyun /Trend, müxbir R.Hafizoğlu/

"Türk Hava Yolları" aviaşirkəti Liviyanın Benqazi şəhərinə reysləri təxirə salıb. Bu barədə Trend "Anadolu" agentliyinə istinadən məlumat verir.

Aviaşirkətin bütün reysləri Benqazidə terror hücumlarının sayının artması səbəbindən iyunun 15-dək təxirə salınıb.

Bir müddət əvvəl Türkiyə XİN ölkə vətəndaşlarını Liviyaya səfərlərdən çəkinməyə çağırmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti