...

Bakıdan Batumiyə çarter reyslərinin açılması müzakirə edilir

Cəmiyyət Materials 3 İyun 2014 17:41 (UTC +04:00)
Bu yay Bakıdan Batumiyə çarter reyslərinin təşkili mümkündür. Bu barədə azərbaycanlı jurnalistlərə Gürcüstan Milli Turizm Administrasiyasının rəhbəri Georgi Siqua bildirib.
Bakıdan Batumiyə çarter reyslərinin açılması müzakirə edilir

Gürcüstan, Tbilisi, 3 iyun /Trend, müxbir Y.Kosolapova/

Bu yay Bakıdan Batumiyə çarter reyslərinin təşkili mümkündür. Bu barədə azərbaycanlı jurnalistlərə Gürcüstan Milli Turizm Administrasiyasının rəhbəri Georgi Siqua bildirib.

Onun sözlərinə görə, bəzi turizm operatorları belə reyslər təşkil etməyə hazırlaşırlar və bu məsələ ilə bağlı aviaşirkətlərlə danışıqlar aparırlar.

Eyni zamanda, G.Siquanın sözlərinə görə, hazırda azərbaycanlı turistlərin 90 faizi Gürcüstan sərhədini maşınla keçir.

Bu gün Bakıdan Batumiyə Tbilisidən tranzitlə çatmaq mümkündür. Tbilisdən Batumiyə gündə iki dəfə sürət qatarı gedir. Yola sərf edilən vaxt 4,5 saatdır. Bundan başqa, Gürücüstan Hava Yolları hər gün 50 avro dəyərində Tbilisi-Batumi aviareysini həyata keçirir.

G.Siqua qeyd edib ki, 2013-cü ildə Gürcüstana bir milyondan artıq azərbaycanlı turist gəlib: "Biz Azərbaycanı çox mühüm turizm bazarı kimi qəbul edirik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti