...

Dövlət İdarəçilik Akademiyası Gəncədə "Azərbaycanın innovativ inkişafı" mövzusunda seminar-müşavirə keçirib (FOTO)

Cəmiyyət Materials 6 İyun 2014 16:33 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademi­yası Gəncədə 30 rayonun icra hakimiyyəti başçıları müavinlərinin iştirakı ilə "Azərbaycanın innovativ inkişafı" mövzusunda seminar-müşavirə keçirmişdir.
Dövlət İdarəçilik Akademiyası Gəncədə "Azərbaycanın innovativ inkişafı" mövzusunda seminar-müşavirə keçirib (FOTO)

Azərbaycan, Bakı, 6 iyun /Trend/

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademi­yası Gəncədə 30 rayonun icra hakimiyyəti başçıları müavinlərinin iştirakı ilə "Azərbaycanın innovativ inkişafı" mövzusunda seminar-müşavirə keçirmişdir.

Seminar-müşavirəni giriş sözü ilə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev açaraq belə bir tədbirin keçirilməsini şəhər həyatında əlamətdar hadisə adlandırmış və seminarın işinə uğurlar arzulamışdır.

Sonra Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov "Azərbaycan Respublikasının innovativ inkişafı beynəlxalq təşkilatların sənədlərində" mövzusunda məruzə ilə çıxış etmişdir. Məruzəçi öz çıxışında ölkə iqtisadiyyatının sürətli inkişafı üçün aparılan uğurlu siyasətdən danışaraq bunu bir neçə təsnifata bölmüş və əsasən davamlı inkişafa təsir edən amilləri müqayisəli şəkildə seminar iştirakçılarının diqqətinə çatdırmışdır.

Sonra AMEA-nın Gəncə Bölməsinin elmi katibi, akademik Fuad Əliyev Azərbaycanda, eləcə də Gəncədə elmin inkişafı sahəsində həyata keçirilən tədbirlərdən danışaraq ölkə başçısının sərəncamları ilə AMEA-nın Gəncə filialının bölməyə çevrilməsini, 7 elmi tədqiqat institutunun yaradılmasını bu sahədə atılan uğurlu addım kimi qiymətləndirmişdir. Hazırda dövlət başçısının diqqət və qayğısı ilə Gəncədə yaradılan texnoparklar üçün kadr hazırlığına ciddi diqqət yetirildiyini bildirən F.Əliyev şəhərdə bu istiqamətdə aparılan digər işlərdən də danışmışdır.

Seminarda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, siyasi elmlər doktoru, professor Elman Nəsirovun "Azərbaycanın müasir inki­şaf konsepsiyası: varislik və innovativlik", akademiyanın elmi-təşkilat şöbəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Rəcəb Rəhim­linin "Dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsində innovativ metodların tətbiqi" mövzularında məruzələri dinlənilərək müzakirə­lər aparılmışdır.

Bir günlük seminarda iştirakçıların sualları da cavablandırıl­mışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti