...

Ağsuda yeni uşaq bağçası-körpələr evi tikilir

Cəmiyyət Materials 9 İyun 2014 09:47 (UTC +04:00)
Heydər Əliyev Fondunun təşəbbüsü ilə Ağsu şəhərində 100 yerlik uşaq bağçası-körpələr evi inşa olunur.
Ağsuda yeni uşaq bağçası-körpələr evi tikilir

Azərbaycan, Bakı, 9 iyun /Trend/

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Ağsu şəhərində 100 yerlik uşaq bağçası-körpələr evi inşa olunur.

Trend Fondun saytına istinadən xəbər verir ki, 0,3 hektar ərazidə tikilən ikimərtəbəli uşaq bağçası-körpələr evi müasir memarlıq üslubunda olacaq. Burada 5 qrup üçün nəzərdə tutulan yataq, idman, musiqi, əyləncə, həkim otaqları, yeməkxana yaradılacaq.

Tikintisi yerli inşaatçılar tərəfindən aparılan uşaq bağçası-körpələr evinin bu ilin sonunadək istifadəyə verilməsi nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti