Azərbaycan, Bakı, 9 iyun /Trend/
Bakı Şəhəri üzrə Təhsil İdarəsi 10-13 iyunda aparılacaq müəllimlərin sınaq qiymətləndirilməsinin ixtisas fənləri üzrə qrafikini açıqlayıb.
İdarədən Trend-ə verilən məlumata görə, iyunun 10-da rus dili və ədəbiyyat (rus bölməsində), ibtidai sinif, təsviri incəsənət və rəsmxətt, iyunun 11-də riyaziyyat, Azərbaycan dili və ədəbiyyat (rus bölməsində Azərbaycan dili daxil olmaqla), iyunun 12-də ingilis dili, informatika, tarix, gənclərin çağırışaqədərki hazırlığı, biologiya, iyunun 13-də isə fizika, kimya, musiqi, fransız dili, fiziki tərbiyə, əmək hazırlığı, alman dili, rus dili (Azərbaycan bölməsində) müəllimlərinin bilikləri sınanacaq.
Sınaq qiymətləndirməsi saat 10:00-dan 12:30-a və 15:00-dan 17:30-dək aparılacaq.