...

Azərbaycanda baş verən yol qəzalarının 40 faizə yaxını piyadavurma hadisəsidir

Cəmiyyət Materials 10 İyun 2014 18:21 (UTC +04:00)
Bu ilin 5 ayı ərzində Azərbaycanda piyadaların vurulması ilə 377 hadisə baş verib. Nəticədə 127 nəfər ölüb, 278 nəfər müxtəlif dərəcəli xəsarət alıb.
Azərbaycanda baş verən yol qəzalarının 40 faizə yaxını piyadavurma hadisəsidir

Azərbaycan, Bakı, 10 iyun /Trend, müxbir İ.İzzət/

Bu ilin 5 ayı ərzində Azərbaycanda piyadaların vurulması ilə 377 hadisə baş verib. Nəticədə 127 nəfər ölüb, 278 nəfər müxtəlif dərəcəli xəsarət alıb. Bunu Trend-in sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildirib.

Şöbə rəisinin sözlərinə görə, bu, ölkədə ümumən baş verən yol-nəqliyyat hadisələrinin 37,8%-ni təşkil edib.

Baş vermiş yol-nəqliyyat hadisələri zamanı 33 uşaq ölüb, 68 azyaşlı isə yaralanıb.

Qeyd edək ki, Azərbaycanda 2014-cü ilin 5 ayı ərzində 996 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 404 nəfər ölüb, 1003 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti