...

İsa Həbibbəyli: Azərbaycanda uşaq ədəbiyyatı sahəsində yeni əsərlərin yaradılmasına ehtiyac var

Cəmiyyət Materials 17 İyun 2014 13:10 (UTC +04:00)
Azərbaycanda uşaq ədəbiyyatı sahəsində yeni əsərlərin yaradılmasına ehtiyac var.
İsa Həbibbəyli: Azərbaycanda uşaq ədəbiyyatı sahəsində yeni əsərlərin yaradılmasına ehtiyac var

Azərbaycan, Bakı, 17 iyun /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanda uşaq ədəbiyyatı sahəsində yeni əsərlərin yaradılmasına ehtiyac var. Trend-in məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İsa Həbibbəyli Bakıda Azərbaycan Yazıçılar Birliyinin bu gün keçirilən XII qurultayında çıxışı zamanı deyib.

Akademiya rəsmisi bildirib ki, bu gün uşaq ədəbiyyatının yaradılması ədəbiyyat sahəsində ən çox düşünülən sahədir.

İ.Həbibbəyli bununla yanaşı, ədəbi tənqid sahəsində də yeni əsərlərin yaradılmasına ehtiyac olduğunu söyləyib: "Azərbaycanda ədəbi tənqid sahəsində müəyyən addımlar atılıb. Amma ədəbiyyat haqqında elmin qarşılıqlı problemlər əsasında, dünya prosesləri fonunda yenidən işıqlandırılması həm ədəbiyyatımızın, həm də elmimizin inkişafı üçün əhəmiyyətli olar".

AMEA vitse-prezidenti qeyd edib ki, artıq Azərbaycanda müstəqillik dövrünün ədəbiyyatı yaranıb. Bu ədəbiyyatın böyük uğurlarının olduğunu deyən İ.Həbibbəyli bildirib ki, yalnız 2013-cü ildə Dağlıq Qarabağ mövzusunda 40-dan çox əsər yaradılıb.

İ.Həbibbəyli onu da əlavə edib ki, artıq Azərbaycan ədəbiyyatı dünyada ehtiramla qəbul olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti