...

"Parlaq Zəka" intellekt şousunun 1/4 final mərhələsinin altıncı qalibi muəyyən olundu (FOTO)

Cəmiyyət Materials 17 İyun 2014 13:44 (UTC +04:00)
“Parlaq Zəka” intellekt şousunun altıncı 1/4 final mərhələsinin oyunu keçirildi.
"Parlaq Zəka" intellekt şousunun 1/4 final mərhələsinin altıncı qalibi muəyyən olundu (FOTO)

Azərbaycan, Bakı, 17 iyun /Trend/

"Parlaq Zəka" intellekt şousunun altıncı 1/4 final mərhələsinin oyunu keçirildi. Bu həftə zəkalar qüvvələrini "Makedoniyalı İsgəndər" mövzusunda sınadı. Müqəddimə mərhələsində üstünlük əldə edən ARPDİA-nın tələbəsi Səriyyə Bunyadova sarı yolda Bakı Dövlət Universitetinin tələbələri Anar İsmayılov ənənəsina sadiq qalaraq qırmızı yolda Cavid Məmmədov isə yaşıl yolda qalibiyyət uğrunda maraqlı oyun nümayiş etdirdilər. Yarımfinala vəsiqə qazanan isə Səriyyə Bunyadova oldu. Layihənin rəhbəri və aparıcısı Aydın Piriyevin sözlərinə görə Səriyyə Bunyadovanın sualları necə cəld və dəqiq cavablandırdığını daimi izləyicilərimiz şahidi olublar. Ona görə bu qələbə gözlənilən idi.

Synergy Group-un sponsorluğu, Şəmkirdə yerləşən Zəka intellektual Gənclər Mərkəzi və Azərbaycan Universitetinin təşkilatı dəstəyilə yayımlanan "Parlaq Zəka" intellekt şousuna respublikanın əksər bölgələrindən ümumilikdə 60 tələbə qoşulsa da onlardan sadəcə 3-ü bu möhtəşəm imkandan öz bilik və ağılları hesabına yararlana biləcək. Belə ki, birinci yerin sahibi 5 illik qüvvəsi olan 40.000 AZN dəyərində təhsil haqqı, ikinci yer 30.000, üçüncü yer isə 20.000 AZN-lik təhsil haqqı qazanacaq.

Əlavə məlumat əldə etmək üçün Facebook - Parlaq Zəka səhifəsinə müraciət etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti