...

Müəllimlərin sınaq qiymətləndirilməsinin nəticələri açıqlandı

Cəmiyyət Materials 20 İyun 2014 12:01 (UTC +04:00)
10-13 iyun 2014 - cü il tarixlərində keçirilmiş Bakı şəhərinin dövlət ümumtəhsil məktəblərində çalışan müəllimlərin bilik və səriştəsinin sınaq qiymətləndirilməsinin nəticələri açıqlandı.
Müəllimlərin sınaq qiymətləndirilməsinin nəticələri açıqlandı

Azərbaycan, Bakı, 20 iyun /Trend, müxbir İlhamə İsabalayeva/

10-13 iyun 2014 - cü il tarixlərində keçirilmiş Bakı şəhərinin dövlət ümumtəhsil məktəblərində çalışan müəllimlərin bilik və səriştəsinin sınaq qiymətləndirilməsinin nəticələri açıqlandı.

Trend Bakı Şəhəri üzrə Təhsil İdarəsinə istinadən məlumat verir ki, nəticələrlə bakuedu.az saytından (İdarənin rəsmi saytı) istifadə etməklə tanış olmaq mümkündür. İş nömrəsi, məktəb kodu və doğum ilini yazmaqla nəticələr haqqında məlumat əldə etmək olar.

Nəticələrin öyrənilməsi ilə bağlı problem yarandıqda saytda yerləşdirilmiş "Müraciət forması"nı doldurmaq xahiş olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti