...

Azərbaycan sinoptiklərindən xəbərdarlıq: şiddətli külək olacaq (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 27 İyun 2014 11:37 (UTC +04:00)
Azərbaycan sinoptikləri iyunun 28-dən Azərbaycan ərazisində hava şəraitinin dəyişəcəyi, güclü külək əsəcəyi barədə xəbərdarlıq edir.
Azərbaycan sinoptiklərindən xəbərdarlıq: şiddətli külək olacaq (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 27 iyun /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycan sinoptikləri iyunun 28-dən Azərbaycan ərazisində hava şəraitinin dəyişəcəyi, güclü külək əsəcəyi barədə xəbərdarlıq edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva Trend-ə bildirib ki, iyunun 28-dən 29-na keçən gecədən başlayaraq Bakıda və Azərbaycanın bəzi yerlərində güclü külək müşahidə olunacaq, havanın temperaturu enəcək.

Onun sözlərinə görə, şimal küləyi iyunun 29-u və 30-da daha da şiddətlənəcək. Şiddətli külək iyulun 1-i gündüz mülayimləşəcək.

U.Tağıyeva bildirib ki, güclü küləklə əlaqədar dövlət qurumlarına xəbərdarlıq edilib.

Bakıda və Abşeron yarımadasında iyunun 28-dən 29-na keçən gecədən başlayaraq şimal-qərb küləyinin güclənəcəyi, iyunun 29-u axşam və iyunun 30-da daha güclü olacağı gözlənilir. İyunun 30-da gecə və səhər saatlarında şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Havanın temperaturunun ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı enəcəyi, iyunun 30-da 24-29 dərəcə isti təşkil edəcəyi, güclü küləkli hava şəraitinin iyulun 01-i gündüzədək davam edəcəyi gözlənilir.

Azərbaycanın rayonlarında iyunun 28-i günün ikinci yarısından başlayaraq qərb, şimal-qərb küləyinin güclənəcəyi, bəzi Kür vadisi rayonlarda isə daha da güclü olacağı gözlənilir. Gecə və axşam saatlarında bəzi yerlərdə şimşək çaxacağı, əsasən dağlıq və dağətəyi rayonlarda lokal leysan xarakterli yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 3-6 dərəcə aşağı enəcək. Güclü küləkli hava şəraiti iyulun 01-dək davam edəcək.


Məqalədə:
Xəbər lenti

Xəbər lenti