...

Bakıda yeni piyada keçidinin istifadəyə veriləcəyi tarix açıqlanıb

Cəmiyyət Materials 9 İyul 2014 11:49 (UTC +04:00)
Paytaxtın Babək prospekti ilə Telnov küçəsinin kəsişməsində yeni yeraltı piyada keçidinin tikintisi işlərinin böyük hissəsi yerinə yetirilib.
Bakıda yeni piyada keçidinin istifadəyə veriləcəyi tarix açıqlanıb

Azərbaycan, Bakı, 9 iyul /Trend/

Paytaxtın Babək prospekti ilə Telnov küçəsinin kəsişməsində yeni yeraltı piyada keçidinin tikintisi işlərinin böyük hissəsi yerinə yetirilib.

Nəqliyyat Nazirliyi "Azəyolservis" ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, uzunluğu 88 metr, eni 8 metr, hündürlüyü isə 3 metr nəzərdə tutulan keçidin 64 m-lik hissəsi hazırdır. Qalan 24 m-lik hissədə isə dəmir-beton işləri davam etdirilir.

2 girişi və 2 çıxışı olacaq keçidin hazır olan 64 m-lik hissəsinin döşəmə və divarları üzlənib, eyni zamanda qrunt sularının kənarlaşdırılması üçün nasosxana tikilib.

Müasir işıqlandırma sistemi nəzərdə tutulan keçiddə tikinti işlərinin cari ilin avqust-sentyabr aylarında yekunlaşması gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti