...

Bakıda mağazada qeyri-dəqiq reklamla istehlakçıların çaşdırıldığı müəyyən edilib

Cəmiyyət Materials 15 İyul 2014 16:12 (UTC +04:00)
İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, nazirlik yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Məhəmməd Hadi küçəsi, 31m ünvanında fəaliyyət göstərən “Koteks” MMC-yə məxsus mağazada qeyri-dəqiq reklamdan istifadə edilməklə istehlakçıların çaşdırılması hallarına yol verildiyi müəyyənləşdirilib.
Bakıda mağazada qeyri-dəqiq reklamla istehlakçıların çaşdırıldığı müəyyən edilib

Azərbaycan, Bakı, 15 iyul /Trend/

Bakıda mağazada qeyri-dəqiq reklamla istehlakçıların çaşdırıldığı müəyyən edilib.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, nazirlik yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Məhəmməd Hadi küçəsi, 31m ünvanında fəaliyyət göstərən "Koteks" MMC-yə məxsus mağazada qeyri-dəqiq reklamdan istifadə edilməklə istehlakçıların çaşdırılması hallarına yol verildiyi müəyyənləşdirilib.

Belə ki, satışda olan malların qiymətinə 70% endirim tətbiq edilməsi barədə mağazanın vitrin pəncərəsində reklam yayımlansa da, mağazada satışda olan malların qiymətlərinə endirim tətbiq edilmədiyi aşkar olunub. Bundan başqa, qeyd olunan reklamların aidiyyəti strukturlardan icazə alınmadan yayımlandığı da müəyyən edilib.

Bununla əlaqədar, Dövlət Xidməti tərəfindən görülmüş tədbirlər nəticəsində qanunsuz reklamların yayımı dayandırılıb.

Qanun pozuntusuna yol vermiş "Koteks" MMC barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti