...

Azərbaycan Dünya Donorlar Bankının qeydiyyat sisteminə daxil olmağı planlaşdırır

Cəmiyyət Materials 18 İyul 2014 13:20 (UTC +04:00)
Azərbaycan sümük iliyinin transplantasiyası ilə bağlı donor problemini həll etmək üçün Dünya Donorlar Bankının qeydiyyat sisteminə daxil olmağı planlaşdırır.
Azərbaycan Dünya Donorlar Bankının qeydiyyat sisteminə daxil olmağı planlaşdırır

Azərbaycan, Bakı, 18 iyul /Trend/

Azərbaycan sümük iliyinin transplantasiyası ilə bağlı donor problemini həll etmək üçün Dünya Donorlar Bankının qeydiyyat sisteminə daxil olmağı planlaşdırır.

Trend-in məlumatına görə, Respublika Talassemiya Mərkəzinin direktoru Rauf Rzayev bu gün keçirilən mətbuat konfransında bildirib ki, donorlar şərti olaraq, qohum və qeyri-qohum donorlara bölünür. Azərbaycanda mərkəz tərəfindən ilk dəfə olaraq, 3 sümük iliyinin transplantasiyası əməliyyatı keçirilib. Bu əməliyyatların hər üçündə qohum donorlardan alınan sümük iliyi köçürülüb.

R.Rzayevin sözlərinə görə, lakin elə vəziyyət ola bilər ki, sümük iliyinin köçürülməsinə ehtiyacı olan şəxsin bacı və ya qardaşı sağlam olmaya bilər. Bu halda dünya transplantasiya təcrübəsində Dünya Donorlar Bankının qeydiyyatında olan donor hüceyrələrindən istifadə olunur. Hazırda həmin bankda 25 milyona kimi potensial donor var: "Həmin donor bankında olan donorların sümük iliyindən istifadə olunur. Lakin bunun üçün sümük iliyi transplantasiyası ilə məşğul olan dövlətin Dünya Donor Bankının qeydiyyat sisteminə daxil olması lazımdır. Azərbaycan hələlik Dünya Donor Bankının qeydiyyat sisteminə daxil deyil. Bu da yaxın gələcəyin işidir. Çünki qeydiyyata daxil olmaq üçün həmin ölkədə bu sahə üzrə 100-ə yaxın əməliyyat aparmaq lazımdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti