...

Son 9 ayda Respublika Talassemiya Mərkəzinə sümük iliyinin transplantasiyası ilə bağlı 24 xəstə müraciət edib

Cəmiyyət Materials 18 İyul 2014 13:41 (UTC +04:00)
Sümük iliyinin transplantasiyası əməliyyatı dövlət vəsaiti hesabına pulsuz həyata keçirilir.
Son 9 ayda Respublika Talassemiya Mərkəzinə sümük iliyinin transplantasiyası ilə bağlı 24 xəstə müraciət edib

Azərbaycan, Bakı, 18 iyul /Trend, müxbir İlhamə İsabalayeva/

Sümük iliyinin transplantasiyası əməliyyatı dövlət vəsaiti hesabına pulsuz həyata keçirilir.

Trend-in məlumatına görə, Respublika Talassemiya Mərkəzinin direktoru Rauf Rzayev bu gün keçirdiyi mətbaut konfarsında bildirib ki, Azərbaycanın təbabət tarixində ilk dəfə bu ilin mayında Respublika Talassemiya Mərkəzində qohum donorlardan götürülən sümük iliyinin 3 xəstəyə köçürülməsi əməliyyatı icra edilib. Bu əməliyyatları yerli mütəxəssislər belaruslu həmkarlarının dəstəyi ilə həyata keçiriblər. Hazırda hər 3 xəstənin vəziyyəti qənaətbəxşdir və evə yazılmaq ərəfəsindədirlər.

R.Rzayev deyib ki, sümük iliyinin köçürülməsi nisbətən yeni tibbi prosedurdur və əvvəllər müalicə olunmayan xəstəliklərin müalicəsində istifadə olunur. 1968-ci ildə ilk uğurlu köçürülmədən sonra sümük iliyi transplantasiyası leykoz (qan xərçəngi), aplastik anemiya və digər ağır xəstəliklərdən əziyyət çəkənlərin müalicəsi zamanı həyata keçirilir.

Onun sözlərinə görə, bu əməliyyatların Azərbaycanda gerçəkləşməsi üçün kadrlar Türkiyədə və Belarusda keçirilən xüsusi kurslarda iştirak edərək hazırlanıblar. Kadrların hazırlanması prosesı hazırda da davam etdirilir.

Mərkəzin transplantasiya şöbəsinin müdiri Nərgiz Әliyeva bildirib ki, 2013-cü ilin noyabr ayından indiyə kimi mərkəzə sümük iliyinin transplantasiyası ilə bağlı 24 xəstə müraciət edib. Onların 10 nəfərinin bacı və qardaşı donor kimi uyğun gəlib. Həmin şəxslərin 3 nəfəri artıq bacı və qardaşının donorluğu ilə əməliyyat olunub.

Müraciət edənlərin 14 nəfərində isə bacı və qardaşında donor kimi uyğunluq müəyyən edilməyib. Donorluğu bacı və qardaşları ilə uyğun gələn qalan 7 nəfərin yaxın gələcəkdə əməliyyat olunması nəzərdə tutulur. Әməliyyatlara oktyabr ayından yenidən başlamaq planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti