...

"Aura" sağlamlıq mərkəzində kallanetika üzrə açıq dərs keçirilib (FOTO)

Cəmiyyət Materials 23 İyul 2014 17:45 (UTC +04:00)
19 iyul 2014-cü il tarixində “Aura” sağlamlıq mərkəzində kallanetika üzrə açıq dərs keçirilib.
"Aura" sağlamlıq mərkəzində kallanetika üzrə açıq dərs keçirilib (FOTO)

Azərbaycan, Bakı, 23 iyul /Trend/

19 iyul 2014-cü il tarixində "Aura" sağlamlıq mərkəzində kallanetika üzrə açıq dərs keçirilib.

"Aura" sağlamlıq mərkəzinin meneceri Şahin Qədimov bildirib ki, mərkəzində kallanetika, pilates, aerobika, yoqa və boks dərsləri peşəkar məşqçilər tərəfindən keçilir. Kallanetika - formaca sakit gimnastikadır. Bu idman növü yüksək effektiv olaraq əzələlərin dartılmasına, çəkinin və bədən ölçülərinin azalmasına kömək edir. Orqanizmin immun sistemini fəallaşdırır. Şənbə və bazar günləri daxil olmaqla hər gün səhər saat 10:00-dan axşam saat 17:00-ə qədər vaxtı əhatə edən müddətdə "Aura" sağlamlıq mərkəzindən qadınların istifadə etməsinin bir aylıq abunə qiyməti 175 AZN, 3 aylıq abunə qiyməti 500 AZN, 6 aylıq abunə qiyməti 750 AZN və 1 illik abunə qiyməti 1175 AZN təşkil edir. Abunə qiymətinə mərkəzin yoqa, kallanetika, pilates və aerobika dərslərində iştirak etmək də daxildir.

"Aura" sağlamlıq mərkəzinin trenajor zalında bütün qrup əzələləri möhkəmləndirmək üçün 50-dən artıq müasir trenajor, ürək əzələlərini möhkəmləndirmək və artıq çəkidən azad olmaq üçün kardio trenajorlar quraşdırılıb. Eləcə də açıq tennis kortu, spa-terapevtlərin xidmətləri, istirahət otaqları, qapalı və ilin isti vaxtlarında açıq havada işləyən 2 hovuz "Aura" klubunun daimi üzvlərinə xidmət edir.

Qeyd edək ki, "Excelsior Hotel Baku" hoteli 2005-ci ilin avqust ayından fəaliyyət göstərir. "Excelsior Hotel Baku" mehmanxanası 1 "İmperial" lüks, 2 "Royal" lüks, 4 "Crown" lüks, 45 "Heritage" delüks, 9 "Duke" standard otaq, iclas otaqları və biznes mərkəzləri, restoranlar, "Aura" sağlamlıq mərkəzindən və s. ibarətdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti