...

Bakıda Qələbə dairəsindən Ziya Bünyadov prospekti istiqamətində hərəkət məhdudlaşdırılıb (FOTO)

Cəmiyyət Materials 1 Avqust 2014 10:36 (UTC +04:00)
Bakıda təmirlə əlaqədar Qələbə dairəsindən Ziya Bünyadov prospekti istiqamətində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.
Bakıda Qələbə dairəsindən Ziya Bünyadov prospekti istiqamətində hərəkət məhdudlaşdırılıb (FOTO)

Azərbaycan, Bakı, 1 avqust /Trend, müxbir İlkin İzzət/

Bakıda təmirlə əlaqədar Qələbə dairəsindən Ziya Bünyadov prospekti istiqamətində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.

Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) Trend-ə verilən məlumata görə, Abdulvahab Salamzadə küçəsində (yolötürücünün üstündə) aparılan təmir işləri ilə əlaqədar olaraq Qələbə dairəsindən Ziya Bünyadov prospekti istiqamətində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.

Sürücülərə alternativ olaraq Abdulvahab Salamzadə küçəsi - Kənar yoldan və Cavadxan küçəsindən istifadə etmələri tövsiyə olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti