...

Xaçmazda saxta məhsulla istehlakçıları aldadan pivə istehsalçısı barədə iş qaldırılıb

Cəmiyyət Materials 6 Avqust 2014 19:38 (UTC +04:00)
Yol verilən qanun pozuntusu ilə əlaqədar Dövlət Xidməti tərəfindən “HADO” MMC barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılmışdır.
Xaçmazda saxta məhsulla istehlakçıları aldadan pivə istehsalçısı barədə iş qaldırılıb

Azərbaycan, Bakı, 6 avqust /Trend/

İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Xaçmaz şəhəri, Bakı prospekti ünvanında fəaliyyət göstərən "HADO" MMC-yə məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı markalanmasında düzgün olmayan məlumatlar verilməklə haqsız rəqabətə səbəb olan pivələrin istehsal edildiyi müəyyən edilmişdir.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, belə ki, yoxlama zamanı müəssisədə pivə istehsalının müvafiq reseptura və texnoloji təlimat olmadan aparıldığı və heç bir normativ sənədə əsaslanmadan məhsulun etiketində saxlama müddətinin 6 ay göstərildiyi, həmçinin məhsulun qida və enerji dəyəri, saxlanılma temperaturu barədə məlumatların göstərilmədiyi aşkar edilmişdir.

Bundan başqa, pivə qablarının ön tərəfində məlumatların istehlakçılarda həmin məhsulların xaricdə istehsal olunması barədə yanlış təəssürat yaradan formada - yalnız xarici dildə verildiyi müəyyənləşdirilmişdir.

Eyni zamanda, sənədli şəkildə təsdiqlənmədiyi halda, pivə qablarının arxa tərəfindəki məlumatlarda ən yüksək keyfiyyətli pivə olması barədə qeyri-dəqiq reklamın verildiyi də aşkar edilmişdir.

Yol verilən qanun pozuntusu ilə əlaqədar Dövlət Xidməti tərəfindən "HADO" MMC barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılmışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti