...

Azərbaycanda metroloji nəzarətini həyata keçirən vəzifəli şəxslərin attestasiyası qaydası təsdiqlənib

Cəmiyyət Materials 14 Avqust 2014 12:27 (UTC +04:00)
Azərbaycan Nazirlər Kabineti "Dövlət metroloji nəzarətini həyata keçirən vəzifəli şəxslərin attestasiyası Qaydası"nın təsdiqləyib.
Azərbaycanda metroloji nəzarətini həyata keçirən vəzifəli şəxslərin attestasiyası qaydası təsdiqlənib

Azərbaycan, Bakı, 14 avqust /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycan Nazirlər Kabineti "Dövlət metroloji nəzarətini həyata keçirən vəzifəli şəxslərin attestasiyası Qaydası"nın təsdiqləyib.

Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, qaydalara əsasən, hər bir şəxs beş ildə bir dəfədən çox olmayaraq attestasiyadan keçirilməlidir. Tutduğu vəzifədə 1 ildən az çalışan şəxs növbəti attestasiyadan keçirilmir.

Attestasiya komissiyasının üzvləri tərəfindən attestasiyadan keçən şəxsə yalnız standartlara və ölçmə vasitələrinə dövlət metroloji nəzarət sahəsinə aid olan məsələlərlə bağlı olan və tutduğu vəzifəyə, vəzifə təlimatına dair, icra etdiyi işlər və onların nəticələri barədə suallar verilə bilər.

Attestasiyadan keçməli olan şəxs üzrlü səbəb olmadan və ya üzrlü səbəbdən attestasiya komissiyasının iclasına gəlmədikdə, attestasiyadan keçirilməmiş hesab edilir və həmin şəxs növbəti attestasiyadan keçməlidir.

Üzrlü səbəb olmadan attestasiya komissiyasının iclasına gəlməyən şəxs barəsində qanunvericilikdə nəzərdə tutulmuş intizam tənbeh tədbirləri tətbiq edilə bilər. Attestasiya komissiyası attestasiyanın nəticələri əsasında ayrı-ayrı şəxslərin qazandıqları müvəffəqiyyətlərə görə mükafatlandırılması, yuxarı vəzifəyə keçirilməsi, müvafiq istiqamət üzrə əlavə təhsilə cəlb edilməsi, işinin nəticələrinin yaxşılaşdırılması, aşağı vəzifəyə keçirilməsi və ya tutduğu vəzifədən azad edilməsi haqqında tövsiyələr verə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti