...

Yevlaxda pivə istehsalçısı barəsində iş qaldırılıb

Cəmiyyət Materials 19 Avqust 2014 12:22 (UTC +04:00)
Haqsız rəqabət hallarının qarşısı alınır
Yevlaxda pivə istehsalçısı barəsində iş qaldırılıb

Azərbaycan, Bakı, 19 avqust /Trend/

İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Yevlax rayonu, Ç.Mustafayev küçəsi, 113 ünvanında fəaliyyət göstərən "Yevlax-Qida" MMM-ə məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı markalanmasında düzgün olmayan məlumatlar verilməklə və digər bazar subyektinə məxsus əmtəə nişanından qanunsuz istifadə etməklə haqsız rəqabətə səbəb olan pivələrin istehsal olunduğu müəyyən edilib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, yoxlama zamanı müəssisədə pivə istehsalının gigiyenik sertifikat, reseptura və texnoloji təlimat olmadan həyata keçirildiyi, istehsal olunan pivələrin etiketində qida və enerji dəyəri barədə məlumatların verilmədiyi, normativ-texniki sənədin nömrəsinin düzgün göstərilmədiyi, habelə məhsulun istifadə müddətinin heç bir normativ sənədə əsaslanmadan müəyyən edildiyi aşkar olunub.

Bundan başqa, müəssisədə pivə istehsalı zamanı digər bazar subyektinə məxsus əmtəə nişanından qanunsuz istifadə edildiyi müəyyənləşdirilib.

Yol verilən qanun pozuntusu ilə əlaqədar Dövlət Xidməti tərəfindən "Yevlax-Qida" MMM barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti