...

19 ölkənin gəncləri Bakıda "Beynəlxalq Gənclər Düşərgəsi"nə toplaşacaqlar

Cəmiyyət Materials 25 Avqust 2014 16:58 (UTC +04:00)
Avqustun 27-31-də "Böyük İpək Yolu" Beynəlxalq Gənclər İttifaqının (BGİ) "Beynəlxalq Gənclər Düşərgəsi" öz işinə başlayacaq. Bu barədə Trend-ə "Böyük İpək Yolu" BGİ-nin mətbuat xidmətindən məlumat verilib.
19 ölkənin gəncləri Bakıda "Beynəlxalq Gənclər Düşərgəsi"nə toplaşacaqlar

Azərbaycan, Bakı, 25 avqust /Trend, müxbir İlkin İzzət/

Avqustun 27-31-də "Böyük İpək Yolu" Beynəlxalq Gənclər İttifaqının (BGİ) "Beynəlxalq Gənclər Düşərgəsi" öz işinə başlayacaq. Bu barədə Trend-ə "Böyük İpək Yolu" BGİ-nin mətbuat xidmətindən məlumat verilib.

Bakıdakı hotellərdən birində keçiriləcək tədbirə 19 ölkədən iştirakçı qatılacaq. ABŞ, Azərbaycan, Moldova, Polşa, Monteneqro, Sloveniya, Türkiyə, İndoneziya, Vyetnam, Qazaxıstan, Misir, Makedoniya, Rumıniya, Tunis, Efiopiya, Gürcüstan, Banqladeş və Moldovadan gələcək gənclər düşərgə çərçivəsində müxtəlif mövzularda müzakirələr aparacaqlar. Layihə çərçivəsində mədəniyyətlərarası dialoq və layihə idarəçiliyi üzrə treninqlər keçiriləcək.

Qeyd edək ki, "Böyük İpək Yolu" BGİ 2012-ci ildə Bakıda 27 ölkənin gənclərinin iştirakı ilə təsis olunub. Təşkilatın məqsədi qədim İpək Yolu üzərində yerləşən ölkələrin gəncləri arasında mədəni və humanitar əlaqələrin yaradılması və genişləndirilməsidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti