...

ADA Universiteti xarici diplomatlar üçün təlim kursu keçirir

Cəmiyyət Materials 5 Sentyabr 2014 16:28 (UTC +04:00)
ADA Universiteti xarici diplomatlar üçün təlim kursu keçirir.
ADA Universiteti xarici diplomatlar üçün təlim kursu keçirir

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 5 sentyabr /Trend/

ADA Universiteti xarici diplomatlar üçün təlim kursu keçirir.

Universitetdən Trend-ə verilən məlumata görə, ADA Universitetinin İxtisasartırma Proqramları 8-16 sentyabr tarixlərində xarici diplomatlar üçün təlim kursu keçirəcək. Təlim kursunun açılışında ADA Universitetinin rektoru, Azərbaycan xarici işlər nazirinin müvaini səfir Hafiz Paşayev iştirak edərək xarici diplomatları salamlayacaq.

Qeyd edək ki, kursun iştirakçıları arasında Qazaxıstan, İordaniya, Küveyt, Livan, Özbəkistan, Türkiyə, Malayziya, Pakistan, İndoneziya, Banqladeş, Mərakeş, Bəhreyn, Yəmən, Sudan və Tacikistan Xarici İşlər nazirliklərində çalışan yüksək vəzifəli 15 diplomat var.

Kursun təlimçiləri arasında ADA Universitetinin professor və tədqiqatçıları, o cümlədən Strateji Araşdırmalar Mərkəzi, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Azərbaycan Respublikası Dövlət Neft Fondu, ölkədə akkreditə olunmuş səfirliklərin nümayəndələri və parlament üzvləri də var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti