...

Dövlət Xidməti: Endirimli mal alarkən diqqətli olun!

Cəmiyyət Materials 16 Sentyabr 2014 15:53 (UTC +04:00)
İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, ev 19, 520-ci məhəllə ünvanında fəaliyyət göstərən fiziki şəxs Nəbiyev Kənan Çingiz oğluna məxsus mağazada qeyri-dəqiq reklamdan istifadə edilməklə istehlakçıların çaşdırılması halları müəyyənləşdirilib.
Dövlət Xidməti: Endirimli mal alarkən diqqətli olun!

Azərbaycan, Bakı, 16 sentyabr /Trend/

İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, ev 19, 520-ci məhəllə ünvanında fəaliyyət göstərən fiziki şəxs Nəbiyev Kənan Çingiz oğluna məxsus mağazada qeyri-dəqiq reklamdan istifadə edilməklə istehlakçıların çaşdırılması halları müəyyənləşdirilib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, satışda mallara 70% endirim tətbiq edilməsi barədə mağazanın vitrin pəncərəsində reklam yayımlansa da, mağazada satışda olan malların qiymətlərinə endirimin tətbiq edilmədiyi aşkar olunub.

Bundan başqa, qeyd olunan reklamların aidiyyəti strukturlardan icazə alınmadan yayımlandığı da müəyyən edilib.

Bütün bunlarla əlaqədar Dövlət Xidməti tərəfindən görülmüş tədbirlər nəticəsində qanunsuz reklamların yayımı dayandırılıb.

Qanun pozuntusuna yol vermiş fiziki şəxs K.Nəbiyev barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti