...

Bu gündən Bakıdan Nyu-Yorka birbaşa uçuşa başlanıldı

Cəmiyyət Materials 24 Sentyabr 2014 13:30 (UTC +04:00)
Bu gündən etibarən Bakıdan Nyu-Yorka birbaşa reyslərin həyata keçirilməsinə başlanılıb.
Bu gündən Bakıdan Nyu-Yorka birbaşa uçuşa başlanıldı

Azərbaycan, Bakı, 24 sentyabr /Trend, müxbir Səbinə Əhmədova/

Bu gündən etibarən Bakıdan Nyu-Yorka birbaşa reyslərin həyata keçirilməsinə başlanılıb.

Trend ABŞ səfirliyinin sosial şəbəkədə yaydığı məlumata istinadən xəbər verir ki, səfirliyin İqtisadiyyat bölməsinin müdiri Haqen Maroney "Azərbaycan Hava Yollarına" məxsus təyyarə ilə Bakıdan Nyu Yorka uçan ilk birbaşa reysdən istifadə edir.

H.Maroney bildirib ki, qeydiyyat prossesi tam rahat, xidmət və qarşılanma heyranedici idi.

Qeyd edək ki, Azərbaycanın milli aviadaşıyıcısı - "Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkəti Bakıdan Nyu-Yorka müntəzəm reysləri yerinə yetirir.

Bundan öncə AZAL-dan Trend-ə bildirilib ki, Nyu-York şəhərinin Kennedi hava limanına (JFK) reyslər hər həftə çərşənbə və şənbə günləri yerinə yetiriləcək. Bakıdan uçuş yerli vaxtla saat 06:00-da, Şimali Amerikanın ən iri şəhərində enmə isə yerli vaxtla saat 09:30-da nəzərdə tutulub. Geri istiqamətdə uçuşlar həftənin eyni günlərində saat 11:30-da həyata keçiriləcək, Azərbaycanın paytaxtında enmə isə növbəti gün saat 08:00-da baş tutacaq.

Reyslər uzaqməsafəli istiqamətlərdə uçuşlar üçün nəzərdə tutulmuş müasir, çox rahat "Airbus-A 340" tipli hava gəmilərində yerinə yetiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti