...

Bakı müəllimlərinin növbəti sınaq qiymətləndirilməsinin nəticələri açıqlanıb

Cəmiyyət Materials 24 Sentyabr 2014 16:38 (UTC +04:00)
Sentyabrın 20-də keçirilmiş Bakı şəhərinin dövlət ümumtəhsil məktəblərində çalışan müəllimlərin bilik və səriştəsinin sınaq qiymətləndirilməsinin nəticələri açıqlanıb.
Bakı müəllimlərinin növbəti sınaq qiymətləndirilməsinin nəticələri açıqlanıb

Azərbaycan, Bakı, 24 sentyabr /Trend/

Sentyabrın 20-də keçirilmiş Bakı şəhərinin dövlət ümumtəhsil məktəblərində çalışan müəllimlərin bilik və səriştəsinin sınaq qiymətləndirilməsinin nəticələri açıqlanıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Trend-ə verilən məlumata görə, nəticələrlə Bakuedu.az saytından istifadə etməklə tanış olmaq olar. Qiymətləndirmədə iştirak edən müəllimlər iş nömrəsi, məktəb kodu və doğum ilini yazmaqla nəticəsi haqqında məlumat əldə edə bilər.

Nəticələrin öyrənilməsi ilə bağlı problem yarandıqda saytda yerləşdirilmiş "Müraciət forması"nı doldurmaq xahiş olunur. Müraciətlərə bir iş günü ərzində cavab veriləcək.

Qeyd edək ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən ümumtəhsil müəssisələrində işləyən müəllimlərin peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi və əlavə təlim ehtiyaclarının müəyyənləşdirilməsi məqsədilə 10-13 iyunda Bakı şəhərinin dövlət ümumtəhsil məktəblərində çalışan müəllimlərin bilik və səriştəsinin ilk sınaq qiymətləndirilməsi keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti