...

Azərbaycanda yenidən sümük iliyinin transplantasiyasına başlanacaq

Cəmiyyət Materials 29 Sentyabr 2014 15:23 (UTC +04:00)
Azərbaycanda sümük iliyinin köçürülməsi əməliyyatlarına noyabr ayından yenidən start veriləcək.
Azərbaycanda yenidən sümük iliyinin transplantasiyasına başlanacaq

Azərbaycan, Bakı, 29 sentyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanda sümük iliyinin köçürülməsi əməliyyatlarına noyabr ayından yenidən start veriləcək.

Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, noyabrda 4 xəstə üzərində sümük iliyinin köçürülməsi əməliyyatının aparılması nəzərdə tutulur. Azərbaycanın təbabət tarixində ilk dəfə bu ilin mayında Respublika Talassemiya Mərkəzində belaruslu həkimlərin iştirakı ilə sümük iliyinin 3 xəstəyə köçürülməsi əməliyyatı icra edilib.

Hazırda hər 3 xəstənin vəziyyəti qənaətbəxşdir. İlk əməliyyatlarda olduğu kimi, noyabrda həyata keçiriləcək əməliyyatlar da belaruslu həkimlərin iştirakı ilə aparılacaq.

Ümumilikdə indiyə kimi sümük iliyi transplantasiyası ilə bağlı müraciət edənlərin 10-da bacı və qardaşı donor kimi uyğun gəlib. Əməliyyatın həyata keçirildiyi ilk üç şəxs də bacı və qardaşının donorluğu ilə əməliyyat olunub.

Qeyd edək ki, sümük iliyinin köçürülməsi nisbətən yeni tibbi prosedurdur və əvvəllər müalicə olunmayan xəstəliklərin müalicəsində istifadə olunur. 1968-ci ildə ilk uğurlu köçürülmədən sonra sümük iliyi transplantasiyası leykoz (qan xərçəngi), aplastik anemiya və digər ağır xəstəliklərdən əziyyət çəkənlərin müalicəsi zamanı həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti