...

Bakı Beynəlxalq Humanitar Forumu Davos İqtisadi Forumu səviyyəsinə qalxıb

Cəmiyyət Materials 3 Oktyabr 2014 13:06 (UTC +04:00)
Bakı Beynəlxalq Humanitar Forumu Davos İqtisadi Forumu səviyyəsinə qalxıb. Trend xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında AzərTAc-ın baş direktoru Aslan Aslanov deyib.
Bakı Beynəlxalq Humanitar Forumu Davos İqtisadi Forumu səviyyəsinə qalxıb

Azərbaycan, Bakı, 3 oktyabr /Trend, müxbir İlkin İzzət/

Bakı Beynəlxalq Humanitar Forumu Davos İqtisadi Forumu səviyyəsinə qalxıb. Trend xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında AzərTAc-ın baş direktoru Aslan Aslanov deyib.

Onun sözlərinə görə, bu gün dünyanın 60-dan çox ölkəsinin nümayəndələrinin Forumda iştirak etməsi buna sübutdur.

A.Aslanov qeyd edib ki, Forumun açılışında Prezident İlham Əlievin dərin məzmunlu nitqində, bir sıra xarici ölkələrin sabiq prezidentlərinin məruzələrində, bəzi Nobel laureatlarının çıxışlarında da Forumun fəaliyyətinə çox yüksək qiymət verilib, hətta Bakı Beynəlxlaq Humanitar Forumu Davos İqtisadi Forumu ilə müqayisə olunub: "Belə fikirlər də səsləndi ki, artıq Bakı Beynəlxalq Humanitar Forumu Davos İqtisadi Forumu səviyyəsinə qalxıb və dünyanın bütün ölkələrində özünə hörmət qazanıb".

A.Aslanov deyib ki, bu gün dünya çox sürətlə dəyişir. Bu dəyişiklik həyatımızın bütün sahələrinə nüfuz edir. Bu da mətbuatın üzərinə xüsusi vəzifələr qoyur.

Onun fikrincə, yaşadığımız əsrin ötən 14 ilində ənənəvi media ilə sosial media arasında çox ciddi rəqabət başlayıb: "Sözün həqiqi mənasında internet jurnalistikası ənənəvi medianı ciddi sürətdə sıxışdırır. Bu gün jurnalistikanın yeni bir sahəsi yaranır. Biz bunu inkar edə bilmərik. Sosial media demək olar ki, həyatımızın bütün sahələrində öz yerini tutur. Bu gün bu mövzular Forumda müzakirə olunur. Çünki bu, hər kəsi narahat edən mövzudur. Ancaq narahatlığa ciddi əsas yoxdur. Həm sosial, həm də ənənəvi media öz problemlərini yüksək səviyyədə həll edəcək və onlar bərabər sürətdə cəmiyyətin bütün problemlərinin həllində yanaşı addımlayacaqlar".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti