Azərbaycan, Bakı, 6 oktyabr /Trend, müxbir İlhamə İsabalayeva/
Sabah Azərbaycan ərazisində külək güclənəcək, havanın temperaturu 4-6 dərəcə enəcək, bəzi yerlərdə intensiv yağış yağacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin dən Trend-ə bildiriblər ki, oktyabrın 7-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir.
Bakıda və Abşeron yarımadasında gecə və gündüz havanın temperaturu 11-16 dərəcə isti olacaq.
Azərbaycanın bölgələrində oktyabrın 7-də yağış yağacağı, bəzi yerlərdə intensivləşəcəyi ehtimalı var. Qərb küləyi güclənəcək.
Temperaturun gecə 10-14, gündüz 14-19 dərəcə isti olacağı gözlənilir. Dağlarda havanın temperaturu gecə 1-5, gündüz 5-8 dərəcə isti təşkil edəcək.