...

Azərbaycanda səhiyyə sahəsi üzrə bəzi xərclərin maliyyələşdirilməsi prinsipi dəyişdiririlir

Cəmiyyət Materials 14 Oktyabr 2014 12:15 (UTC +04:00)
Azərbaycanda səhiyyə sahəsi üzrə bəzi xərclərin maliyyələşdirilməsi prinsipi dəyişdiririlir.
Azərbaycanda səhiyyə sahəsi üzrə bəzi xərclərin maliyyələşdirilməsi prinsipi dəyişdiririlir

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 14 oktyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanda səhiyyə sahəsi üzrə bəzi xərclərin maliyyələşdirilməsi prinsipi dəyişdiririlir.

Maliyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, gələn ildən başlayaraq rayon və şəhərlərin yerli xərclərində dərman, sarğı ləvazimatları və materiallarının alınması mərkəzləşdirilmiş şəkildə Səhiyyə Nazirliyi tərəfindən həyata keçiriləcək. Bu, 2015-ci ilin dövlət və icmal büdcələrinin layihəsində dövlət büdcəsinin mərkəzləşdirilmiş "Səhiyyə xərcləri" bölməsində Səhiyyə Nazirliyinin xərclərində öz əksini tapıb.

2015-ci ilin dövlət və icmal büdcələrinin layihəsinə görə, gələn il büdcəsində dərman, sarğı ləvazimatları və materiallarının alınması üçün 209,3 milyon manat vəsait ayrılıb. Bu isə 2014-cü illə müqayisədə 18,3 faiz çoxdur.

Ümumilikdə gələn il dövlət büdcəsindən səhiyyə xərcləri üçün 777,7 milyon manat ayrılacaq. Bu isə 2014-cü illə müqayisədə 7,2 faiz, 2013-cü illə müqayisədə 25,6 faiz çoxdur. Ayrılan vəsaitin 359 milyon manatı xəstəxanaların, 110,1 milyon manatı poliklinikaların və ambulatoriyaların saxlanması, 296,5 milyon manatı səhiyyə üzrə digər xərclərə,12,1 milyon manatı tətbiqi tədqiqatlara və səhiyyə sahəsinə aid edilən digər xidmətlər üzrə xərclərə yönəldiləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti