...

Bayraq Günü münasibətilə möhtəşəm fleşmob (FOTO)

Cəmiyyət Materials 7 Noyabr 2014 15:45 (UTC +04:00)
Bu gün Qaradağ rayonu, Lökbatan qəsəbəsində ulu öndər Heydər Əliyevin adını daşıyan parkda Bayraq Günü münasibətilə yüzlərlə gəncin iştirakı ilə möhtəşəm fleşmob keçirilib.
Bayraq Günü münasibətilə möhtəşəm fleşmob (FOTO)

Azərbaycan, Bakı, 7 noyabr /Trend/

Bu gün Qaradağ rayonu, Lökbatan qəsəbəsində ulu öndər Heydər Əliyevin adını daşıyan parkda Bayraq Günü münasibətilə yüzlərlə gəncin iştirakı ilə möhtəşəm fleşmob keçirilib.

Göy, qırmızı, yaşıl rənglərində geyimləri olan gənclərimiz əllərindəki şarlarla müstəqilliyimizi təcəssüm etdirən üçrəngli Milli bayrağımızı canlandırıblar.

Rayon ictimaiyyəti tərəfindən də böyük rəğbətlə qarşılanan bu tədbir bir daha bayrağımıza, dövlətçiliyimizə, vətənimizə olan sevginin və qürurun bariz nümunəsidir.

Bundan başqa, rayon ərazisindəki bütün qəsəbələrdə sakinlərə 12 minə yaxın bayraq paylanılıb. Bayraqlar eyvanlardan asılıb ki, bu da ölkəmizdə əsl bayram əhvalının sürdüyünün göstəricisidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti