...

Azərbaycanda üçüncü və dördüncü uşaqların doğulması stimullaşdırıla bilər

Cəmiyyət Materials 12 Noyabr 2014 14:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 noyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanda ailələrdə üçüncü və dördüncü uşaqların doğulmasının stimullaşdırılması məqsədilə qanunvericiliyin təkmilləşdirilməsi sahəsində müvafiq təkliflərin hazırlanması nəzərdə tutulur.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, bu, hazırda müzakirə mərhələsində olan "Azərbaycan Respublikasında əhali sakinliyi və demoqrafik inkişaf sahəsində Dövlət Proqramı (2014-2025-cı illər)" layihəsində qeyd edilib. Bu təkliflərin gələn il ərzində müvafiq qurumlar tərəfindən hazırlanaraq hökumətə təqdim edilməsi planlaşdırılır.

Nazirlikdən bildirilib ki, son illər ölkədə çoxuşaqlı ailələrdən orta uşaqlı ailələrə keçid meylinin güclənməsi müşahidə olunur. Belə ki, 1999-cu və 2009-cu illərdə keçirilmiş əhalinin siyahıyaalınmasının nəticələrinə əsasən, 18 yaşadək uşaqları olan ailələrin (ev təsərrüfatlarının) sayının 2,8 faiz artmasına baxmayaraq, 3 uşaqlı ailələrin sayı 19,7 faiz, 4 və çox uşaqlı ailələrin sayı isə 40,8 faiz azalaraq, 2009-cu ildə müvafiq olaraq 261.9 min və 126.7 min ailə təşkil edib.

Bu dövr ərzində 3 və daha çox uşaqları olan ailələrin xüsusi çəkisinin nəzərəçarpacaq dərəcədə azalması baş verib. Belə ki, 3 uşaqlı ailələrin xüsusi çəkisi 26 faizdən 20 faizə qədər, 4 uşaqlı ailələrin xüsusi çəkisi isə 17 faizdən 10 faizə qədər azalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti