...

“Gəncə avtomobil zavodu” İB-nin 10 illik yubileyi münasidətilə jurnalist müsabiqəsi elan edir

Cəmiyyət Materials 13 Noyabr 2014 12:32 (UTC +04:00)
“Gəncə avtomobil zavodu” İstehsalat Birliyi fəaliyyətinin 10 illik yubileyi münasibətilə Azərbaycan kütləvi informasiya vasitələrində çalışan jurnalistlər arasında müsabiqə elan edir.
“Gəncə avtomobil zavodu” İB-nin 10 illik yubileyi münasidətilə jurnalist müsabiqəsi elan edir

Azərbaycan, Bakı, 13 noyabr /Trend/

"Gəncə avtomobil zavodu" İstehsalat Birliyi fəaliyyətinin 10 illik yubileyi münasibətilə Azərbaycan kütləvi informasiya vasitələrində çalışan jurnalistlər arasında müsabiqə elan edir.

Trend-in məlumatına görə, müsabiqəyə təqdim olunacaq yazılar və süjetlər üçün "Gəncə avtomobil zavodu" İB-nin inkişaf tarixi, müəssisənin 10 illik fəaliyyətinin peşəkar araşdırılması, imzalanmış müqavilələr və əməkdaşlıqlar əsas istiqamət kimi müəyyənləşdirilib.

Yazılar dekabrın 10-na kimi ölkənin aparıcı internet saytlarında və qəzetlərindən birində çap olunmalı və ya televiziya vasitəsi ilə yayımlanmalıdır.

Müsabiqənin şərtlərinə görə ilk 3 yeri tutan jurnalistlər diplom və pul mükafatı ilə qiymətləndiriləcək. Çap olunmuş yazının elektron versiyasının surəti /Gəncə şəhəri, Sadiq Rəhimov küçəsi 1/ ünvanına və ya [email protected] elekton ünvanına göndərilməlidir.

Qaliblər münsiflər tərəfindən təyin olunacaq və "Gəncə avtomobil zavodu" İstehsalat Birliyinin fəaliyyətinin 10 illik yubileyi münasibəti ilə keçiriləcək bayram tədbirində təltif olunacaq. Əlavə məlumat almaq istəyənlər müəssisənin mətbuat xidməti ilə +994 55 225 62 00 telefon nömrəsi ilə və ya [email protected] vasitəsi ilə əlaqə saxlaya bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti